Türkiyədə İŞİD-in cəlladı oğlu ilə birlikdə tutuldu

İŞİD terror təşkilatının Suriya əsilli cəlladı və oğlu Türkiyənin Bursa əyalətinin İnegöl rayonunda tutulublar.

Türk.az “CNNTurk”ə istinadən xəbər verir ki, onlar Türkiyənin Kocaeli əyalətinin polis əməkdaşları tərəfindən tutularaq Bursaya aparılıblar.

Bildirilib ki, Əbu Taki Alshamay kod adlı 50 yaşlı Y.A.A. İŞİD-in cəlladlarından və oğlu K.E. isə qruplaşmanın “kəşfiyyat” sahəsi üzrə məsul şəxslərindən biri olub.

Məlumata görə, araşdırmadan sonra onlar Türkiyədən deportasiya ediləcək.

ƏvvəlkiSabah 20 dərəcə isti olacaq
NövbətiKirayə mənzillər üzrə 3498 nəfər müraciət göndərib