Türkiyədə ikimərtəbəli bina çöküb, 14 nəfər xəsarət alıb

Türkiyənin Malatya vilayətində ikimərtəbəli bina çöküb.

Trend-in məlumatına görə, binanın uçması nəticəsində 14 nəfər xəsarət alıb.

Malatya əyalətinin valisi Aydın Baruş dağıntılar altında 10-15 nəfərin qaldığını bildirib.

Məlumata əsasən, hadisə Yeşilyurt rayonunda baş verib. Baş verən çökmənin səbəbi məlum deyil.

ƏvvəlkiOdre Azule yenidən YUNESKO-nun baş direktoru seçilib
NövbətiPrezident İlham Əliyev Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərini qəbul edib