Türkiyədə Azərbaycan hərbçilərinin də iştirak etdiyi təlimlərin başlaması ilə bağlı brifinq keçirilib – VİDEO

“Anatolian Phoenix-2019” beynəlxalq axtarış-xilasetmə təlimlərinin başlaması ilə bağlı brifinq keçirilib.

Müdafiə Nazirliyindən “Report”a verilən məlumata görə, brifinqdə təlimin məqsədi, ekipajların vəzifələri, qarşıya qoyulan tapşırıqların icrası ilə bağlı təlimatlar şəxsi heyətə çatdırılıb.

Mayın 24-dək davam edəcək hərbi təlimlərdə Azərbaycan HHQ-nin iki Mi-35 və iki Mi-17 helikopteri iştirak edir.

ƏvvəlkiƏli Əhmədov: “Azərbaycan vətəndaşlarının ehtiyacları daha dərindən araşdırılmalı və həll olunmalıdır”
NövbətiElektron Kənd Təsərrüfatı İnformasiya sistemində qeydiyyatdan keçən fermerlərin sayı 200 mini ötüb