Türkiyədə axtarışda olan təhlükəli terrorçu zərərsizləşdirilib

Türkiyə təhlükəsizlik qüvvələrinin Tunceli vilayətinin Ovacık bölgəsində həyata keçirdiyi uğurlu antiterror əməliyyatlarında zərərsizləşdirilən altı terrorçudan biri axtarışda olub.

AZƏRTAC xəbər verir ki, bu məlumatı ölkənin Daxili İşlər Nazirliyi yayıb. Bildirilir ki, məhv edilən terrorçulardan biri “Doktor Deniz” ləqəbli təhlükəli PKK terrorçusu Sadık Akmaz olub. Daxili İşlər Nazirliyi onun ələ keçirilməsi üçün 1 milyon türk lirəsi (təxminən 147 min ABŞ dolları) vəsait ayırmışdı. S.Akmaz terror aktları törətməkdə ittiham olunurdu.

ƏvvəlkiÜST: Pandemiya ilə bağlı vəziyyət ağırlaşır
NövbətiArtilleriya bölmələrinin döyüş atışlı təlimləri keçirilib