Türkiyədə Ankara və ətraf vilayətlərdə yaşayan azərbaycanlıların 74 faizi artıq səs verib

Türkiyə vaxtı ilə saat 17:00-a olan son statistik məlumata əsasən, Ankara və ətraf vilayətlərdə yaşayan Azərbaycan vətəndaşlarının 74 faizə yaxını artıq səsvermədə iştirak edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi açıqlama yayıb.

Bildirilib ki, seçicilərin seçkilərdə fəal iştirakı müşahidə olunur.

Türkiyədə səsvermə yerli vaxtla saat 19:00-dək davam edəcək.

ƏvvəlkiBakıda MDB və TDT-dən olan müşahidəçilər missiyasının rəhbərləri arasında görüş keçirilib
Növbəti“Exit-poll”: İlham Əliyev 93.9 faiz səslə liderdir