Türkiyə XİN: Xocalıda törədilən vəhşilik insanlıq tarixinə qara ləkə olaraq keçib

1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Xocalı şəhərində günahsız dinc əhaliyə qarşı törətdiyi qətliamı pisləyirik.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı açıqlamasında yer alıb.

Açıqlamada, həmçinin deyilir: “O gün baş verən vəhşilik insanlıq tarixinə qara ləkə olaraq keçib. Xocalıda qətlə yetirilən 613 nəfərin, həmin gün yaralanan, əsir götürülən və ya itkin düşən bütün azərbaycanlıların ağrıları hələ də ürəyimizdədir.

Xocalı faciəsində həyatını itirənlərə Allahdan rəhmət diləyir, Azərbaycan xalqına bir daha başsağlığı veririk”.

ƏvvəlkiŞəkidə 6 santimetr qar yağıb, dağlıq ərazilərdə 18 dərəcəyədək şaxta olub
NövbətiMehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib