Türkiyə və Rusiya XİN başçıları cəbhədəki vəziyyəti müzakirə ediblər

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.

Bu barədə “Report”un yerli bürosuna Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tərəflər Ermənistan-Azərbaycan qarşıdurmasında son vəziyyəti müzakirə ediblər.

Eyni zamanda nazirlər Liviya və Suriyada olan vəziyyətə dair fikir mübadiləsi aparıblar.

ƏvvəlkiHikmət Hacıyev “Al Jazeera” kanalına müsahibə verib
NövbətiAllahşükür Paşazadə: “II Qareginin kilsə adından xalqı və hətta uşaqları belə ölümə qədər hərbi savaşa çağırması ona baş ucalığı gətirmir”