Türkiyə və Rusiya prezidentləri Qarabağ məsələsini müzakirə ediblər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

AZƏRTAC Rusiya və Türkiyə mediasına istinadla xəbər verir ki, söhbət zamanı Qarabağ məsələsi, həmçinin Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti, eyni zamanda, Suriyadakı vəziyyət barədə fikir mübadiləsi aparılıb.

Liderlər koronavirusla mübarizə, o cümlədən virusa qarşı Rusiya istehsalı olan “Sputnik” peyvəndinin tədarükü məsələlərini də müzakirə ediblər.

ƏvvəlkiAzərbaycanda koronavirusa 1080 yeni yoluxma faktı qeydə alınıb
NövbətiCeyhun Bayramov: “Ermənistanın davranışı bəyanatın reallaşdırılmasına mane olur”