Türkiyə və Rusiya Moskvada Suriyadakı vəziyyəti müzakirə edir

Türkiyə və Rusiya heyətləri Suriyanın İdlib bölgəsini müzakirə etmək üçün bir araya gəliblər.

Türk.az “Anadolu”ya istinadən xəbər verir ki, Moskvada keçirilən görüşdə Türkiyə nümayəndə heyətinə xarici işlər nazirinin müavini Sedat Önal rəhbərlik edir.

Türkiyə və Rusiya nümayəndə heyətlərində diplomatlarla yanaşı, hərbi və kəşfiyyat sahələrinin əməkdaşları da var.

Xatırladaq ki, nümayəndə heyətləri arasında ilk görüş Ankarada baş tutmuşdu. Görüşdə Türkiyə tərəfi Soçi razılaşmasına məhəl qoyulmadığını bəyan edərək Rusiyanı üzərinə düşən öhdəlikləri yerinə yetirməyə çağırmışdı. Görüşlər nəticəsiz başa çatmışdı.

ƏvvəlkiNaxçıvanda baytarlıq təbabətinin inkişafı üzrə Dövlət Proqramı təsdiqləndi
NövbətiMSK-nın iclası keçirilir