Türkiyə və Gürcüstan XİN başçıları telefonla danışıb

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə gürcü həmkarı İliya Darçiaşvili arasında telefon danışığı olub.

Bu barədə “Report”un yerli bürosuna Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, telefon danışığı zamanı M.Çavuşoğlu, Gürcüstanda baş vermiş şiddətli meşə yanğınlarının söndürülməsi istiqamətində Türkiyənin göstərəcəyi dəstək barədə gürcü həmkarını kömək vəd edib, keçmiş olsun diləklərini çatdırıb.

ƏvvəlkiAzərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
NövbətiABŞ Ticarət Nazirliyi Çinin yeddi təşkilatını “qara siyahı”ya salıb