Türkiyə və ABŞ ikitərəfli münasibətləri müzakirə ediblər

Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan ilə telefon danışığı aparıb.

Trend-in məlumatına görə, telefon danışığı zamanı Türkiyə və ABŞ-ın iki NATO müttəfiqi kimi strateji prioritetlərə və ortaq maraqlara diqqət yetirməli olduğu qeyd edilib, müdafiə sənayesində davamlı əməkdaşlığın vacibliyi vurğulanıb.

Danışıqlar zamanı Türkiyənin F-16-nın alınması və modernləşdirilməsi ilə bağlı müraciətin ABŞ Konqresinin təsdiqləməsi prosesinin başa çatması ilə bağlı gözləntiləri də çatdırılıb.

Danışıq zamanı Türkiyənin Suriya və İraqda PKK/PYD/YPG terror təşkilatına qarşı keçirdiyi əməliyyata da toxunulub. Bildirilib ki, terror hücumlarına məruz qalan Türkiyənin BMT Konvensiyasının 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququ var. Türkiyənin hər cür terror təhlükə və təhdidlərini aradan qaldırmaq əzmində olduğu vurğulanıb.

ƏvvəlkiŞəhid ailələri və müharibə əlillərinin mənzil təminatı üçün uçota alınması dövrü daha 3 il uzadılıb
Növbəti“Brent” neftinin qiyməti 11 aydan sonra ilk dəfə 78 dollardan aşağı düşüb