Türkiyə Suriyada 309 muzdlunun öldürüldüyünü açıqladı

Türkiyə Milli Müdafiə Nazirliyi Bəşşar Əsədə sadiq qüvvələrin itkilərini açıqlayıb.

Türk.az-ın “Anadolu”ya istinadən məlumatına görə, nazir Hulusi Akar bildirib ki, Türkiyə Silahlı Qüvvələri 309 rejim hərbçisini zərərsizləşdirib.

“Bundan başqa, 5 helikopter, 23 tank, 10 zirehli avtomobil, 23 top və haubitsa, 5 silah-sursat daşıyan yük maşını, 1 ədəd SA-17, 1 ədəd SA-22 hava hücumundan müdafiə sistemi, 3 silah-sursat deposu, 2 məlzəmə deposu, 1 qərargah binası məhv edilib”, – o deyib.

Xatırladaq ki, ötən gecə İdlibdə Rusiyanın dəstəklədiyi Bəşşar Əsədə sadiq qüvvələrin hava hücumu nəticəsində 33 Türkiyə hərbçisi şəhid olub.

ƏvvəlkiTürkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər
NövbətiPrezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib – YENİLƏNİB