Türkiyə Prokurorluğu Qaşıqçının ölümünə dair dəlil tapıb

Türkiyə və Səudiyyə Ərəbistanından olan istintaq qrupları səudiyyəli jurnalist Camal Qaşıqçının öldürüldüyü ehtimal edilən Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunu tərk ediblər.

Qeyd olunur ki, təxminən, 10 nəfərdən ibarət olan və güman edilən cinayətin törədildiyi yerdə 9 saat araşdırma aparan Türkiyənin müstəntiqlər qrupu binanı səudiyyəli müstəntiqlərdən əvvəl tərk edib. Səudiyyəli mütəxəssislər komandasının tərkibi və onların konsulluqda nə qədər qaldığı barədə məlumat verilmir.

Daha əvvəl “Al Jazeera” telekanalı rəsmi mənbəyə istinadən Türkiyə tərəfinin C.Qaşıqçının ölümünə dair dəlil tapdığını bildirib. Mənbənin məlumatına əsasən, Baş Prokurorluq jurnalistin Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda öldürülməsini göstərən dəlil tapıb.

ƏvvəlkiTürkiyə və Səudiyyə Ərəbistanının istintaq qrupları krallığın İstanbuldakı baş konsulluğunu tərk ediblər
NövbətiEtimad Əsədov