Türkiyə ordusu Suriyada 19 terrorçu zərərsizləşdirib

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında davam etdirdiyi “Fərat qalxanı” və “Zeytun budağı” antiterror əməliyyatları bölgəsində 19 terrorçu zərərsizləşdirib.

Trend-in məlumatına görə, bunu Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib.

Qeyd olunur ki, türkiyəli hərbçilər bölgədə hücum hazırlığında olan PKK mənsublarının qarşısını alıb.

Nazirlik Suriyanın şimalında əməliyyatların davam etdirildiyini bildirib.

Əvvəlki“Caspian Agro-2022”: Aqrotexnologiya nəhəngləri Bakıda toplanıb
NövbətiOmbudsman Mediasiya Şurasının İdarə Heyətinin sədri ilə görüş keçirib