Türkiyə ordusu PKK-nın 8 terrorçusunu məhv edib

Türkiyə ordusunun Hərbi Hava Qüvvələri İraqda PKK terror qruplaşmasının 8 silahlısını zərərsizləşdirib.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin tvitterdəki səhifəsində bildirilir.

“İraqın şimalındakı Avaşin Basyan bölgəsində kəşfiyyat və müşahidə ilə müəyyənləşdirilən PKK-nın 8 terrorçusu hərbi hava əməliyyatı ilə zərərsizləşdirildi. Əməliyyatlar sonuncu terrorçu zərərsizləşdirilənə qədər davam etdiriləcək”, – nazirliyin açıqlamasında bildirilir.

ƏvvəlkiParlamentin sabah keçiriləcək iclasının gündəliyi açıqlanıb
NövbətiTeymur Rəcəbov 1/4 finala vəsiqə qazandı