Türkiyə ordusu İraqın şimalında daha 10 terrorçunu məhv edib

Türkiyə ordusu İraqın şimalında keçirdiyi əməliyyat zamanı PKK-nın daha 10 terrorçusunu məhv edib.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bununla da “Pençe Kilit” əməliyyat zonasında zərərsizləşdirilən terrorçuların ümumi sayı 95-ə çatıb.

Türkiyə ordusunun Şimali İraqda sərhədyanı əməliyyatı aprelin 18-dən həyata keçirilir. Buraya aviasiya və xüsusi təyinatlılar daxildir.

ƏvvəlkiGüləşçilərimiz Antalyada “Çempionlar” turnirində 24 medal qazanıblar
Növbəti“Bakı Marafonu-2022”nin qalibləri mükafatlandırılıb