Türkiyə MN Zəfər Gününü Azərbaycan himni ilə təbrik edib

Türkiyənin Milli Müdafiə Nazirliyi 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan dövləti və xalqını təbrik edib.

“Report” xəbər verir ki, bu barədə nazirliyin “X” hesabında paylaşım olunub.

“Azərbaycan türkü qardaşlarımızı təbrik edir, salamlayırıq”, – təbrikdə bildirilib.

Nazirliyin təbrik mətnində həmçinin Azərbaycan Dövlət himnindən bir hissəyə də yer verilib:

“Sən olasan Gülüstan, Sənə hər an can qurban,

Sənə min bir məhəbbət, sinəmdə tutmuş məkan.

Üç rəngrli bayrağınla məsud yaşa, Azərbaycan”.

ƏvvəlkiBakıda hərbçilərin yürüşləri keçirilir
NövbətiXankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib