Türkiyə martın 1-dən sanksiyaya məruz qalan malların Rusiyaya tranzitinə qadağa qoyub

Türkiyə hakimiyyəti Qərb ölkələrinin Rusiya Federasiyasına qarşı tətbiq etdiyi məhdudiyyətlərə uyğun olaraq martın 1-dən etibarən sanksiyaya məruz qalan malların ölkə ərazisindən tranzitini dayandırmağına dair qərar çıxarıb.

Trend-in məlumatına görə, bu barədə “Bloomberg” agentliyi adının açıqlanmasını istəməyən yüksək rütbəli Türkiyə məmuruna istinadən bildirib.

Agentlik əlavə təfərrüat verməyib, lakin qeyd edib ki, logistika şirkətləri tranzitə yenidən icazə veriləcəyinə ümid edirlər və həmçinin onun üçüncü ölkələr vasitəsilə həyata keçirilməsi imkanlarını nəzərdən keçirirlər.

ƏvvəlkiStrasburqda Novruz bayramı muğam konserti və xeyriyyə aksiyası ilə qeyd olunacaq
NövbətiSon sutkada Azərbaycanda COVID-19 infeksiyasına 45 yoluxma faktı qeydə alınıb