Türkiyə İstanbul boğazlarını Rusiya gəmilərinə bağlayır

Türkiyə Bosfor və Dardanel boğazlarının Rusiya hərbi gəmiləri üçün bağlanması barədə qərar qəbul edib.

Türk.az xəbər verir ki, bunu xarici işlər naziri Mövlut Çavuşoğlu açıqlayıb. O bildirib ki, Ukraynada baş verənlər adi hərbi əməliyyat deyil, əsl müharibədir. Bu isə Türkiyənin Montrö razılaşmasına əsaslanmaqla boğazlardan hərbi gəmilərin keçməsini dayandırması üçün əsas yaradır.

Bununla belə Çavuşoğlu onu da qeyd edib ki, razılaşmaya əsasən qeydiyyat yeri Qara dəniz olan gəmilərin keçidinin qarşısını ala bilməzlər.

Ukrayna mətbuatının yazdığına görə, son həftələrdə boğazlardan Qara dənizə 6 Rusiya hərbi gəmisi və 1 sualtı qayığı keçib.

ƏvvəlkiG7 ölkələri Ukraynaya əlavə silahlar göndərəcək, Rusiyaya qarşı sanksiyaları genişləndirəcəklər
NövbətiUkrayna ordusu Volnovaxa şəhərini geri alıb, Berdyansk itirilib