Türkiyə hərbçiləri terrorçuları zərərsizləşdirib

Türkiyə Silahlı Qüvvələri “Fərat qalxanı” və “Barış Pinarı” əməliyyat zonalarında 5 PKK/YPG terrorçusunu zərərsizləşdirib.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Onlardan 4-ü “Barış Pinarı” bölgəsində, 1-i isə “Fərat qalxanı” bölgəsində hücum təşkil etməyə çalışarkən məhv edilib.

Xüsusi dinləmələr nəticəsində onların əməliyyat zonasına hücum hazırlığında olduğu müəyyənləşib.

ƏvvəlkiGəncədə Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş ümumşəhər tədbiri keçirilib
NövbətiErməni terrorunun canlı şahidi 6 yaşlı Bəxtiyar: Evimizə bomba düşəndə qorxmadım, heç kişi də qorxar?