Türkiyə Dünya İqlim Fəaliyyəti Sammitinə ev sahibliyi etmək niyyətindədir

Türkiyə 2026-cı ildə keçiriləcək Dünya İqlim Fəaliyyəti Sammitinə ev sahibliyi etmək niyyətindədir. Namizədliyimiz üçün dəstək istədik. Sammitdə iştirak edən bəzi liderlərlə ikitərəfli görüşlərimiz oldu. Ümid edirəm ki, sammitin nəticələri və Dubayda keçirdiyimiz bütün görüşlər faydalı olacaq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası – COP28 çərçivəsində təşkil olunan Dünya İqlim Fəaliyyəti Sammitindən dönüşü zamanı mediaya açıqlamasında səsləndirib.

Dekabrın 7-də Yunanıstana edəcəyi səfər barədə danışan Ərdoğan bildirib ki, “arzumuz Türkiyə ilə Yunanıstan arasında yeni bir dövrün başlamasıdır. Biz dostlarımızı artırıb, düşmənlərimizi azaltmağa çalışırıq”.

İsrail-Fələstin qarşıdurmasına toxunan Türkiyə Prezidenti münaqişənin sülh yolu ilə aradan qaldırılması istiqamətində fəaliyyətlərini davam etdirəcəklərini bir daha ifadə edib.

ƏvvəlkiSumqayıtda Gənclər və Könüllülər Mərkəzinin ofisinin açılışı olub
NövbətiAVRO-2024-ün final mərhələsinin püşkü atılıb