Türkiyə Azərbaycanın qaz qovşağının yaradılması layihəsində iştirakına ümid edir – Nazir

Türkiyə Azərbaycanın qaz qovşağının yaradılması layihəsində iştirakına ümid edir.

Trend xəbər verir ki, bunu çərşənbə axşamı Türkiyənin energetika naziri Fatih Dönməz “TV 24” telekanalına açıqlamasında deyib.

“Qovşağın yaradılması sayəsində biz təkcə paylayıcı mərkəz deyil, həm də qaz satışı mərkəzinə çevriləcəyik. Həm qaz hasilatı, həm də satışı baxımından bizə dəstək verən ölkələr var. Azərbaycan mənbə ölkə kimi layihədə iştirak etsə, şad olarıq”, – deyə nazir bildirib.

ƏvvəlkiBMT: “Müharibə başlayandan Ukraynada 17 mindən çox mülki şəxs ölüb”
NövbətiXalq artisti Rauf Hacıyevin 100 illiyi qeyd olunub