Türkiyə-Avropa Komissiyası əlaqələri müzakirə olunub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen arasında telefon danışığı olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Məlumatda bildirilir ki, telefon danışığında Ukrayna böhranı, eləcə də Türkiyə- Avropa Komissiyası əlaqələri müzakirə olunub.

ƏvvəlkiUkraynada doğum evinə aviahücum zamanı 17 nəfər xəsarət alıb
NövbətiSon sutkada Azərbaycanda COVID-19 infeksiyasına 126 yoluxma faktı qeydə alınıb