Türk xalqlarının həyatı və coğrafiyası haqqında dəyərli mənbə

Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun “Türk dünyasının coğrafiyası və etnosu” kitabının rus dilində sonuncu – III cildi çapdan çıxıb.

AZƏRTAC xəbər verir ki, bu cild 3 fəsildən ibarət olmaqla türk dövlətlərinə, dövlət və milli qurumları olmayan türkdilli xalqlara həsr edilib. Nəşrdə Rusiya, Çin, İran, Əfqanıstan və digər ölkələrdə öz tarixi torpaqlarında yaşasalar da, milli muxtariyyətə malik olmayan bu xalqların tarixən formalaşmış adət-ənənələri, milli geyimləri, dilləri təsvir edilib ki, bu da onların ortaq türk xüsusiyyətləri əsasında yarandığını göstərilir. İlk dəfə olaraq bütün türk xalqları haqqında məlumat vahid mənbədə təqdim olunur.

Türk mənşəli xalqlar haqqında ensiklopedik məlumatın yer aldığı kitabın ideya müəllifi və məsləhətçisi akademik Akif Əlizadə, elmi redaktoru professor Zakir Eminovdur.

Kitab türk xalqlarının həyatı və coğrafiyası ilə maraqlanan geniş oxucu kütləsi, müxtəlif sahələr üzrə mütəxəssislər, tələbələr, eləcə də ümumtəhsil məktəblərinin müəllimləri üçün mənbə rolunu oynaya bilər.

ƏvvəlkiLaçında “İslimi” Xalçaçılıq mərkəzi fəaliyyətə başlayıb
NövbətiYuxarı dövlət orqanı olmayan yoxlayıcı orqanların siyahısı təsdiqlənib