“Türk Ulduzları” Bakı səmasında

Türkiyə Hərbi Hava Qüvvələrinin aviaqrupları Azərbaycan Ordusunun 100 illiyi ilə əlaqədar keçirilən bayram tədbirlərində iştirak edib.

Türk.az xəbər verir ki, nümunəvi uçuşlara “Solo Türk” və “Türk Ulduzları” aviaqrupuna daxil olan 2 ədəd F-16 və 8 ədəd F-5 tipli təyyarələri qatılıb.

Xatırladaq ki, Azərbaycan Ordusunun 100 illiyi ilə əlaqədar keçirilən bayram tədbirlərində iştirak etmək məqsədilə Türkiyə Hərbi Hava Qüvvələrinin “Türk Ulduzları” aviasiya qrupuna daxil olan 8 ədəd F-5 tipli təyyarələri Azərbaycana gəlib.

ƏvvəlkiBakının “Azadlıq” meydanında hərbi parad başladı
Növbəti15 ildir Azərbaycanın bu sahədə rəqibi yoxdur – Prezident