“Türk Hava Yolları” 19 May – Atatürkü Anma, Gənclik və İdman Bayramı münasibətilə simvolik uçuş həyata keçirəcək

Türkiyədə böyük coşqu və təntənə ilə qeyd edilən 19 May – Atatürkü Anma, Gənclik və İdman Bayramı münasibətilə bu ilə nəzərdə tutulan bütün tədbirlər təxirə salınıb. Lakin “Türk Hava Yolları” aviaşirkəti simvolik tarixi uçuş həyata keçirəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə şirkətin media müşaviri Yahya Üstün deyib.

O bildirib ki, Qazi Mustafa Kamal Atatürk Milli Mübarizəni başlatdıqdan 101 il sonra, bu il mayın 19-da İstanbuldan Samsuna “TK1919” adlı simvolik uçuş yerinə yetiriləcək. Bu aviareys üçün xüsusi xatirə biletlər hazırlanıb. Artıq 2,5 milyon nəfər bilet alıb. Onların arasında azərbaycanlılar da var.

ƏvvəlkiAzərbaycan Prezidenti İlham Əliyevlə Moldova Prezidenti İqor Dodon arasında videokonfrans formatında görüş keçirilib
NövbətiKrım tatarlarının deportasiyasından 76 il ötür