Türk Dövlətləri Universiadası: Azərbaycan komandası paraddan birinci keçib

Qazaxıstanda ll Türk Dövlətləri Universiadasının açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə əvvəlcə təşkilatçı ölkənin mədəniyyəti ilə bağlı videoçarx nümayiş olunub.

Ardınca iştirakçı ölkələrin paradı keçirilib. İlk olaraq Azərbaycan nümayəndələri səhnəyə çıxıblar.

Daha sonra Qazaxıstanın rəsmi şəxsləri çıxış ediblər. Rəsmi hissədən sonra tədbir konsert proqramı ilə davam edib.

Qeyd edək ki, ll Türk Dövlətləri Universiadası noyabrın 10-dək davam edəcək. Yarışda Azərbaycan 4 idman növündə 38 idmançı ilə təmsil olunur.

Əvvəlkiİstanbulda Türk Xəbər Agentlikləri Alyansının I Baş Assambleyası keçirilib
NövbətiZəfər Günündə Bakıda hərbi orkestrin müşayiəti ilə yürüş olacaq, bəzi yollar bağlanacaq