Tufan Kərimin partiyanı buraxması narazılıq yaradıb

AMDP-nin növbədənkənar Qurultayının keçirilməsi ilə bağlı yaranmış Təşkilat Komitəsinin Bəyanatı aşağıdakı kimidir.

Xeyli müddətdir ki, Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyasında ciddi böhran hökm sürür. Bununla bağlı dəfələrlə partiya yetkililəri sədr Tufan Kərimə lazimi addımların atılmasının vacibliyni bildirsə də, çox təəssüf ki, o, sədr kimi öhdəliyini yerinə yetirə bilmirdi. İndi isə sədr özbaşına partiyanın buraxılması haqda qərar verib ki, bu da AMDP-də ciddi etiraz doğurub.

AMDP hər zaman siyasi səhnədə öz sözünü deyib. Partiya  hər zaman millətçilik, dövlətçilik ənənələrinə sadiq qalıb. Partiyanın siyasi nüfuzu cəmiyyətdə hiss olunmaqdadır. Bu üzdən fürsət gözləyən müxtəlif siyasi qurumlar zaman-zaman partiyanın  dağılmasını gözləmiş və onun siyasi varisi olmaq üçün uğursuz cəhdlər etmişlər.  Bu cəhdlər bu gün də davam edir.

Partiya Ramiz Mehdiyev, Əli Həsənov vəzifədə olan dövrlərdə ciddi basqılara rəğmən  siyasi mübarizəsini yüksək səviyyədə davam etdirib. Bu basqılar nəticəsində uzun illər qeydiyyatsız fəaliyyət göstərib. Yalnız 2008-ci ilin dekabrında  Ədliyyə Nazirliyində rəsmən qeydiyyata alınıb. Ramiz Mehdiyev vəzifədən getdikdən sonra partiyaya münasibətin dəyişəcəyini gözləyirdik, çox təəssüf gözləntimiz özünü doğrultmadı. Prezident Aparatının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev də digər partiyalarla müqayisədə bizə ögey münasibət bəsləməkdə sələflərindən geri qalmadı. AMDP-yə fəaliyyət göstərməsi üçün yer də ayrılmadı.

Bu gün ölkəmizdə və dünyada gedən siyasi prosesslər milli qüvvələrin fəaliyyətini davam etdirməsini zəruri hesab edir. Düşünürük ki, hər zaman olduğu kimi milli qanadın əsas aparıcısı qüvvəsi olaraq, AMDP (Bozqurd)  millət və dövlət maraqları naminə fəaliyyətini davam etdirməlidir. Bunun üçün  Partiyaya yeni nəfəs vermək üçün sədr Tufan Kərimin müqavimətinə baxmayaraq, Siyasi Şura və MNTK  növbədənkənar Qurultaya getmək barədə qərar qəbul edib. Növbədənkənar qurultayın keçrilməsi üçün təşkilat komitəsi yaradılıb. Təşkilat Komitəsinə sədrin birinci müavini Eldar Tağıyev rəhbərlik edir. Sədrin özbaşına verdiyi, partiyanı buraxması qərarı Partiyanın Nizamnaməsinə tam ziddir. Nizamnamənin 11.1 bəndinə əsasən Partiyanın fəaliyyətinə xitam vermək səlahiyyəti yalnız Qurultay və ya Məhkəmə qərarı ilə baş verə bilər.

 

Əvvəlkiİlham Əliyev və Mehriban Əliyeva İrəvanda medal qazanmış türk idmançıları təbrik ediblər
NövbətiNaxçıvanda İrandan Türkiyəyə gedən yük maşınında külli miqdarda narkotik vasitə aşkarlanıb