“TRT Haber” telekanalı Azərbaycan-Türkiyə qardaşlığından bəhs edən xüsusi reportaj yayıb

“TRT Haber” telekanalı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri ilə bağlı xüsusi reportaj yayımlayıb.

AZƏRTAC xəbər verir ki, telekanalın Bakı bürosunun hazırladığı reportajda ekspert rəyləri də təqdim olunub.

Reportajda Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin əsasları, o cümlədən iki ölkənin liderliyi ilə həyata keçirilən beynəlxalq layihələrdən söz açılıb, 30 illik işğala son qoyulmasında Türkiyənin sərgilədiyi qətiyyətli mövqedən bəhs edilib.

Ötən il Bakıda keçirilən Qələbə Paradından da kadrların nümayiş etdirildiyi reportajda Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səmimi görüntüləri türkdilli ictimaiyyətə təqdim olunub. Diqqətə çatdırılıb ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın işğaldan azad olunmuş torpaqlarına, o cümlədən qədim Şuşa şəhərinə səfər edəcək ilk xarici ölkə lideri olacaq.

Əvvəlki“Azeri Light” neftinin qiyməti 74 dolları ötüb
NövbətiTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib