Trend Micro şirkətinin əməkdaşı müştərilərin fərdi məlumatlarını satırmış

Trend Micro şirkət daxilində baş vermiş xoşagəlməz insident nəticəsində müştərilərin fərdi məlumatlarının ələ keçirilməsi barədə məlumat yaymışdır. Şirkətin keçmiş əməkdaşı müştəri bazasını oğurlayaraq kibercinayətkarlara ötürmüşdür. Trend Micro xaricdən şirkətə hər hansı bir hücumun olduğunu aşkarlamamışdır. Şirkətin nümayəndəsi təqribən 70 min istifadəçinin fərdi məlumatlarının oğurlandığını təsdiq etmişdir. Onun sözlərinə görə, ümumi müştəri bazasının 1 %-i (12 milyon müştəri) kibercinayətkarların əlinə keçmişdir.

Şitkət daxili araşdırma nəticəsində məlum olmuşdur ki, sabiq əməkdaş müştərilərə iş üçün nəzərdə tutulan göstərilən texniki dəstək bazasını ələ keçirib. Oğurlanan fərdi məlumatlar arasında elektron poçt, telefon nömrəsi, ad və soyad kimi məlumatlar olmuşdur.

Trend Micro şirkəti özlərini şirkətin nümayəndəsi kimi təqdim edən şəxslərdən gələn zəngləri qəbul etməməyi tövsiyyə edir. Eləcədə şirkət sabiq əməkdaşın etdiyi hərəkətlərdə “açıq aşkar cinayət tərkibi” olduğunu etiraf etmişdir. Güman edilir ki, oğurlanan məlumatlar kibercinayətkar qruplara satılmışdır.