Android sistemində yeni təhlükəli virus aşkarlanıb

Cisco şirkətinin kibertəhlükəsizlik üzrə mütəxəssisləri Android sistemində yeni oğru-virus aşkarlayıblar. Bu barədə şirkətin bloqunda geniş məlumat verilib.

Mütəxəssislər təhlükəli proqramı GPlayed adlandırıblar.  Zərərli proqramın yaradıcıları dizayn kimi rəsmi Google Play-ı təkrarlayıblar. Proqram yükləndikdən sonra ekranda Google Play Marketplace nişanı peyda olur.

Zərərli proqram vasitəsilə inzibatçı hüquqları kibercinayətkarların əlinə keçir. Onlar proqram vastisəilə zənglər edə bilir və mesajlar göndərirlər. Qurğunun yaddaşında olan məlumatlar arasından maliyyəyə məlumatları oğurlanaraq kibercinayətkarlara ötürülür.

Mütəxəssislərin sözlərinə görə, cinayətkarlar proqramı yeniləyərək mükəmməl hala gətirmək məqsədindədirlər, bu da gələcəkdə Android sistemi ilə işləyən qurğular üçün böyük təhlükəyə çevriləcəkdir.

Əvvəlkigoogle market place
Növbətifransa polisi