Tokio-2020: Olimpiya Kəndində çarpayılar kartondan hazırlanıb

Yay Olimpiya Oyunlarının keçiriləcəyi Yaponiyanın paytaxtı Tokiodakı Olimpiya Kəndində idmançılar üçün xüsusi çarpayılar hazırlanıb.

“Report”un məlumatına görə, atletlər möhkəm kartondan olan çarpayılar üzərində yatacaqlar. Döşəklər isə polietilendən olacaq və Oyunlardan sonra plastik məmulatların istehsalı üçün emal ediləcək. Təşkilat Komitəsi təkrar emal üçün uyğun olan əşyalar təklif edib. Belə ideyalardan biri də çarpayı olub.

Şəhər çimərliyində yerləşən Olimpiya Kəndində Olimpiya Oyunları üçün 18 000, Paralimpiya Oyunları üçün 8 000 çarpayıdan istifadə olunacaq. 2,1 metr uzunluğunda çarpayılar 200 kq çəkiyə davamlı olacaqlar. Oyunlardan sonra otaqlar ayrı-ayrılıqda 50 milyon ienə (411 000 avro) ienə satılacaqlar.

Yaponiya Olimpiya Komitəsindən (JOC) bildirilib ki, bu cür çarpayı idmançılara daha yaxşı istirahət imkanı verir və seksual hərəkətlərə ziddir. Çünki iki nəfərdən artıq insanın çəkisinə dözmür.

Beynəlxalq Olimpiya Komitəsi isə çarpayının yalnız bir nəfərin çəkisinə dözə bildiyini açıqlayıb: “Onlar ağacdan hazırlanmış çarpayılardan möhkəmdirlər və 200 kq-dək çəkiyə dözürlər. Çarpayıya uzandıqda o, çəkiyə dözür, amma karton çubuq kimi zərbədən sınır”.

Olimpiya Kəndində seksual fəallıq qadağan edilsə də, JOC satışa 150 000 prezervativ çıxarıb. Qurum ümid edir ki, idmançılar prezervativləri Oyunlar zamanı istifadə etməyəcəklər, sadəcə, özləri ilə yadigar aparacaqlar.

Koronavirus pandemiyası üzündən atletlər Olimpiya Kəndində daha az vaxt keçirəcəklər. Onlar Kəndə öz yarışlarına 5 gün qalmış gələcək və çıxış etdikdən 2 gün sonra yaşayış məkanını tərk edəcəklər. İdmançıların ictimai nəqliyyatdan istifadəsi və Olimpiya Kəndindən kənarda gəzmələri qadağan olunacaq.

Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunları 23 iyul – 8 avqustda keçiriləcək.

ƏvvəlkiTəhsil Nazirliyi: Doktoranturaya elektron sənəd qəbulu davam edir
NövbətiBu il ölkədən metanol ixrac olunmayıb