Bu il ölkədən metanol ixrac olunmayıb

Yanvar-iyun aylarında Azərbaycandan metanol ixrac edilməyib.

AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Qeyd edək ki, 2020-ci ilin eyni aylarında dəyəri 21,4 milyon ABŞ dolları olmaqla 214,6 min ton metanol ixrac olunmuşdu. Keçən il ərzində isə 51,1 milyon dollarlıq 471,2 min tondan çox metanol ixrac olunmuşdu.

ƏvvəlkiTokio-2020: Olimpiya Kəndində çarpayılar kartondan hazırlanıb
NövbətiSOCAR istiqrazlarının sahiblərinə növbəti faizlər ödənilib