Terrorçu PKK ermənilərdən ibarət silahlı dəstə qurub

Terrorçu PKK qruplaşmasının Suriyadakı YPG/PYD adlı qolları Türkiyəyə qarşı vuruşmaq üçün Suriya və Livan kimi ölkələrdə yaşayan ermənilərdən ibarət silahlı dəstə yaradıb.

“Report” xəbər verir ki, bu barədə sonhaberler.com saytı məlumat yayıb. Onlar 1915-ci ildə Osmanlı dövlətindən “köçürülən” ermənilərin törəmələri olduqlarını bildiriblər. Silahlı qruplaşma aprelin 24-dən fəaliyyətə başladığını elan edib. Silahlı dəstəyə Suriyada öldürülən Türkiyə Kommunist Partiyası/Marksçı-Leninçi terror dəstəsinin üzvü Nubar Ozanyanın (Orhan Bakırçıyan) adı verilib.

Bu terrorçu dəstəsinin başçıslarında biri Masis Otayyaf Suriyanın Kamışlı, Haseke, Serekaniye, Dirbesiye və Amude kimi şəhərlərdə erməniləri bir yerə toplayaraq, hər gün onlara hərbi və ideoloji təlim keçdiklərinin söyləyib. Onların yerləşdiyi qərargahda 1982-ci ildə Türkiyəni Eseboğa bölgəsində 9 nəfərin ölümü, 72 nəfərin yaralanması ilə nəticələnən terror hücumunu törədən terrorçu ASALA qruplaşmasının üzvü Levon Ekmeçiyanın fotosu vurulub.

Bildirilib ki, terrorçu PKK Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin işğal altında saxlanılmasında Ermənistana dəstək verib, döyüşlərdə təcavüzkara yardım edib. Azərbaycana qarşı döyüşə getmək üçün Ermənistana göndərilən terrorçular bomba və təxribat üzrə təlim görənlər arasından seçiliblər. PKK-nın təlimatlandırdığı ermənilərdən ibarət bu qrup “Ağrı Qartalları” adlanır. Onlara Livan Karadağ, Hemaran Kerveçiyan və Servet Bagopşin adlı 3 terrorçu başçılıq edib. Gələcəkdə ermənilərdən ibarət bu silahlı dəstənin “İnternasional tabor” adlanacağı gözlənilir.

Xatırladaq ki, aprelin 24-də ermənilər İstanbulda “Şişli” qəbristanlığında, və başqa yerlərdə “Biz itirdiklərimizi aprelin 24-də xatırlayırıq” şüarı altında mərasim keçirəcək.

ƏvvəlkiErmənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 27 dəfə pozub
NövbətiPrezident İlham Əliyev Pekində “CETC International” Korporasiyasının baş direktoru ilə görüşüb