Tehranda universitet atəşə tutulub, yaralanan var

Tehranda naməlum silahlı şəxslər Əllamə Təbatəbai adına Universitetə atəş açıblar.

AZƏRTAC xəbər verir ki, hadisə nəticəsində bir nəfər yaralanıb.

Hücum edənlər universitet işçilərindən birinə atəş açaraq hadisə yerindən qaçıblar. Zərərçəkən xəstəxanaya çatdırılıb, vəziyyəti qənaətbəxşdir.

ƏvvəlkiAzərbaycan şahmatçısı Yeni ilə qızıl medalla başlayıb
NövbətiAzərbaycanda daha 105 nəfərdə koronavirus aşkarlanıb, 3 nəfər vəfat edib