Gürcüstan parlamentinin növbədənkənar iclası keçiriləcək

Gürcüstan parlamentinin yanvarın 17-də növbədənkənar iclası keçiriləcək.

“Report”un yerli bürosu xəbər verir ki, bunu parlamentin sədri Arçil Talakvadze bildirib.

Növbədənkənar iclasın təyin olunması ilə bağlı qanunverici orqan Gürcüstan prezidentinə müraciət edəcək.

İclasın gündəliyinə 30-a yaxın məsələ daxil edilib ki, onların da arasında 10 qanun layihəsi və təşkilati məsələlər yer alıb.

Qeyd edək ki, qonşu ölkə parlamentinin qış sessiyasına dekabrın 20-də yekun vurulub. Qanunverici orqanın yaz sessiyası isə fevralın 4-də başlayacaq.

Əvvəlkiİran Ukrayna təyyarəsinin raketlə vurulması versiyasını qəbul etməyib
NövbətiQəbələnin tarixi, etnoqrafiyası və folkloru barədə kitab toplusunun təqdimatı keçirildi