Tbilisidə nümayişçilər gecəni parlamentin binası önündə keçirəcəklər

Tbilisidə keçirilən “Evə, Avropaya” şüarlı mitinqin iştirakçılarının bir qismi hakim Gürcü Arzusu Partiyasının mərkəzi qərargahına doğru yürüş edib.

“Report”un yerli bürosu xəbər verir ki, ofisin yaxınlığına çatan aksiyaçılar “Get, get!” şüarı səsləndirirlər.

Əraziyə çox sayda polis əməkdaşları səfərbər olunub.

Mitinq iştirakçılarının bir hissəsi isə gecəni parlamentin binası önündə keçirməyi planlaşdırıblar. Onlar səhər saatlarında hökumət administrasiyasının binası qarşısında aksiya keçirəcəklərini bildiriblər.

ƏvvəlkiŞuşada TDT-yə üzv və müşahidəçi ölkələrin beyin mərkəzlərinin konfransı keçirilir
NövbətiSon sutkada Azərbaycanda COVID-19 infeksiyasına 36 yoluxma faktı qeydə alınıb