TAP Yunanıstanın təbii qaza olan tələbatının 17 faizini təmin edir

Trans-Adriatik boru kəməri (TAP) hazırda Yunanıstanın təbii qaza olan tələbatının təxminən 17 faizini təmin edir.

Trend-in məlumatına görə, bu barədə TAP səhmdarlarından biri olan İspaniyanın “Enagas” şirkətinin hesabatında deyilir.

Bundan başqa, İtaliyaya tədarük olunan təbii qazın həcmi bu ölkənin qaz tələbatının 10 faizə yaxınını qarşılayır: “Eyni zamanda, TAP İtaliyada və Avropanın digər ölkələrində qaz qiymətləri arasındakı fərqin azalmasına böyük töhfə verir”.

Qeyd edək ki, “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan TAP kəməri ilə Avropaya təbii qaz nəqli 2020-ci il dekabrın 31-də başlayıb.

ƏvvəlkiAzərbaycanda 166 məktəbdə ənənəvi dərs jurnalları ləğv edilib
Növbəti“AzerGold” ali məktəb tələbələri üçün Təqaüd proqramı elan edir