Təhsil müəssisələrində 20 Yanvar faciəsinə həsr olunmuş tədbirlər keçiriləcək

Yanvarın 19-da təhsil müəssisələrində 20 Yanvar faciəsinin otuz üçüncü ildönümünə həsr olunmuş xüsusi dərslər keçiriləcək.

Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu barədə elm və təhsil nazirinin müvafiq əmri ilə təsdiqlənmiş “20 Yanvar faciəsinin otuz üçüncü ildönümü ilə bağlı Elm və Təhsil Nazirliyinin Tədbirlər Planı”nda qeyd edilib.

Plana əsasən, təhsil müəssisələrində 20 Yanvar faciəsinə həsr olunmuş kitab, foto və rəsm sərgilərinin, ədəbi-bədii kompozisiyaların təşkili, konfrans, seminar, mühazirə və “dəyirmi masa”ların keçirilməsi nəzərdə tutulur.

ƏvvəlkiTürkiyədə tanınmış teatr rejissoru Tofiq Kazımovun 100 illiyi qeyd edilib
NövbətiDodonun Moldovanı tərk etmək qadağası daha 60 gün uzadılıb