Şuşada musiqili atəşfəşanlıq keçirilib

8 noyabr Zəfər Günü münasibətilə Şuşada torpaqlarımızın işğaldan azad edilməsi və şanlı zəfər tariximizə həsr olunan musiqili atəşfəşanlıq olub.

“Report” xəbər verir ki, Şuşanın Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin birinci ildönümü münasibətilə Azərbaycanın Vətən Müharibəsində qələbəsi şəhərdə təntənə ilə qeyd olunub.

Atəşfəşanlığı Üzeyir Hacıbəylinin “Koroğlu” operasının uvertürası, “Cəngi”, “Qarabağ şikəstəsi”, Fikrət Əmirovun “Azərbaycan kapriççiosu” və digər əsərlər müşayiət edib.

ƏvvəlkiBirinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü münasibətilə xalqımızı təbrik edib
NövbətiZəfər Günü münasibətilə Yevlaxda da ağacəkmə aksiyası keçirilib