Suriya Prezidenti Rusiyaya rəsmi səfərə gəlib

Suriya Prezidenti Bəşər Əsəd Rusiyaya rəsmi səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, Bəşər Əsədi Moskva aeroportunda fəxri qarovul dəstəsi və Rusiya Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Mixail Boqdanov qarşılayıblar.

Martın 15-də Suriya və Rusiya prezidentlərinin Kremldə görüşü gözlənilir. Tərəflər iki ölkə arasında siyasi və iqtisadi sahədə münasibətləri, eləcə də Suriya münaqişəsinin həlli yollarını müzakirə edəcəklər.

ƏvvəlkiUkraynada həlak olan Qarabağ şəhidinin oğlunun nəşi Azərbaycana yola salınıb
NövbətiDÇ-2030: Ukrayna namizədliyini geri götürüb