Suqovuşanda daha iki erməni hərbçisinin meyitinin qalıqları tapılıb

44 günlük müharibə zamanı itkin düşmüş daha iki erməni hərbçinin meyitinin qalıqları tapılıb.

Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, hərbi qulluqçuların meyitinin qalıqları Suqoşuvan istiqamətində aşkarlanıb. Meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı məhkəmə-tibb ekspertizası təyin edilib.

Bununla da Qarabağda aşkarlanan erməni meyitlərinin sayı 1 662-yə çatıb.

Əvvəlki“Taliban” Əfqanıstanın vitse-prezidentinin qardaşını öldürüb
NövbətiMuzeydə Malazgirt döyüşünün 950 illik yubileyinə həsr olunmuş elmi-praktik seminar