Sumqayıtdan Türkiyəyə növbəti humanitar yardım göndərilib

Qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində zərərçəkənlərə kömək məqsədilə fevralın 23-də Sumqayıt şəhərindən növbəti humanitar yardım yola salınıb.

AZƏRTAC xəbər verir ki, şəhər icra hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov icra hakimiyyəti tərəfindən hazırlanmış, hər birində 8-10 nəfərin müvəqqəti yaşaması üçün nəzərdə tutulan modul tipli 6 evin və 91 min manatlıq humanitar yardımın 3 TIR maşını ilə göndərildiyini bildirib.

İndiyədək Sumqayıtdan Türkiyəyə 21 modul ev, 1 sanitar qovşaq, 812 min manatlıq digər humanitar yardım göndərilib.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub, on minlərlə insan həyatını itirib. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan edilib.

ƏvvəlkiGürcüstan nümayəndə heyəti XTQ və HDQ hərbi hissələrində olub
NövbətiMövlud Çavuşoğlu İƏT-in Baş katibi ilə görüşüb