Sumqayıtda U-21 Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisi Fransa futbolçuları ilə qarşılaşır

Sumqayıtdakı “Kapital Bank Arena” stadionunda Avropa çempionatının seçmə mərhələsinin növbəti oyunu başlanıb. İyirmi bir yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Fransa komandasını qəbul edir.

AZƏRTAC xəbər verir ki, oyunu türkiyəli hakim Halis Özkahya idarə edir. Ona həmyerliləri Kerem Ersoy, Serkan Olguncan, Alper Ulusoy kömək edirlər. Milan Obradoviçin baş məşqçi olduğu yığmağımız üçün oyun 2020-ci ildə ilk sınaqdır.

Məlum səbəblərdən matç azarkeşlərsiz keçir. Qonaqlar arasında Fransanın Azərbaycandakı səfiri Zakari Qros, AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev və qurumun departament, şöbə müdirləri oyunu izləyirlər.

Qeyd edək ki, bu qrupun digər oyunlarında Gürcüstan Lixtenşteynlə, İsveçrə isə Slovakiya ilə qarşılaşacaq. Hər iki görüş sentyabrın 8-də olacaq.

ƏvvəlkiHikmət Hacıyev: Azərbaycan və Türkiyə regionda çox gözəl inkişaf modeli yaradıblar
NövbətiTəhsil Nazirliyi: Sosial məsafənin gözlənilməsi məqsədilə əyani tədris zamanı siniflər qruplara bölünəcək