Sumqayıtda arvadını boğaraq öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib

Sumqayıtda arvadını boğaraq öldürməkdə təqsirləndirilən Şamil Axundovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

“Report”un xəbərinə görə, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Samir Əliyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, hadisə bu il yanvarın 11-də Sumqayıt şəhərinin Birləşmiş məhəlləsində (7-8-12 məhəllə) baş verib. Ş.Axundov qısqanclıq zəminində həyat yoldaşı 1991-ci il təvəllüdlü L.Axundovanı yatdığı yerdə boğaraq öldürüb.

Əvvəlkiİndoneziyanın paytaxtı dəyişir
NövbətiAzərbaycan millisinin futbolçusu “Qarabağ”ın heyətində 250-ci matçına çıxıb