Stolüstü tennis üzrə Azərbaycan Kubokuna start verilib

“Şüa” İdman Kompleksində stolüstü tennis üzrə Azərbaycan Kubokuna start verilib.

Azərbaycan Stolüstü Tennis Federasiyasından (ASTF) “Report”a verilən məlumata görə, açılış mərasimində iştirakçıları salamlayan qurumun vitse-prezidenti Elmar İslam, Gənclər və İdman Nazirliyinin (AGİN) sektor müdiri Sarvan Nağıyev onlara uğurlar arzulayıb.

AGİN və ASTF-nin birgə təşkil etdiyi yarışda paytaxt idmançıları ilə yanaşı, ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən idman cəmiyyətləri, klublar və Uşaq Gənclər İdman Məktəblərinin tennisçiləri mübarizə aparırlar.

4 gün davam edəcək ölkə kubokunun təşkilində əsas məqsəd ölkədə bu idman növünün kütləviliyini artırmaq və inkişaf etdirməklə yanaşı, tennisçilərin idman ustalığını yüksəltməkdir.

Qeyd edək ki, noyabrın 19-da yekun vurulacaq yarışın qalibləri nazirliyin diplomları va federasiyanın qiymətli hədiyyələri ilə təltif olunacaqlar.

ƏvvəlkiQeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurası QHT və vətəndaşların qəbulu cədvəlini dərc edib
NövbətiYeni texnologiyaların tətbiqi zamanı məlumatların qorunması üzrə nəzarət mexanizmləri güclənməlidir