“Startap” şəhadətnaməsi alan KOB-lar 3 il vergilərdən azad olunacaq

Startap” şəhadətnaməsi alan KOB-lar 3 il vergi ödəməyəcək.

Trend-in məlumatına görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir qeyd edib: “”Startap” şəhadətnaməsi alan KOB-lar 3 il müddətinə innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergilərindən azad olunacaq”.