STANAG testləri üzrə təcrübə mübadiləsinə dair seminar keçirilib

Azərbaycan və Litva Müdafiə nazirlikləri arasında 2020-ci il üçün ikitərəfli əməkdaşlıq planına əsasən Silahlı Qüvvələrin Hərbi Akademiyasında seminar keçirilib.

STANAG testlərinin tərtib edilməsi üzrə təcrübə mübadiləsinə və hazırlanmış testlərin qarşılıqlı sınaqdan keçirilməsinə dair seminarda test materiallarının hazırlanmasının metodologiyası və nəticələrin uzlaşdırılması mövzuları, həmçinin xarici dil mərkəzləri ilə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.

ƏvvəlkiKoronavirusun episentri olan Xubey vilayətinə əlavə 2287 tibb işçisi ezam olunub
NövbətiABŞ vətəndaşlarının bir qrupu Vuhandan çıxarılıb