Şri-Lankada polisin saxladığı şəxsin üstündən parlament vəsiqələri tapılıb

Şri-Lankanın Balanqoda şəhərində polis 26 yaşlı gənci şübhəli şəxs qismində saxlayıb.

Türk.az “Adaderana”ya istinadən xəbər verir ki, saxlanılan şəxsdən ölkə parlamentinə aparan yolun xəritəsi, parlament binasına 6 ədəd buraxılış vəsiqəsi aşkar edilərək götürülüb.

Həmçinin şübhəlinin evində planşet, 3 mobil telefon, 13 telefon kartı, bir neçə kredit kartı da tapılıb.

Xatırladaq ki, aprelin 21-də Şri-Lankada törədilən silsilə terror hücumları nəticəsində aralarında 36 əcnəbinin də olduğu 359 nəfər həlak olub, 500-dək yaralanıb. Polisin məlumatına görə, bu hadisələrlə əlaqədar 58 nəfər şübhəli şəxs qismində saxlanılıb. Yollarda, hava limanları və başqa mühüm yerlərdə polis postları qoyulub, təhlükəsizlik tədbirləri gücləndirilib.

ƏvvəlkiAzərbaycan Çinlə bərpa olunan enerji, yaşıl texnologiyalar sahəsində əməkdaşlıq etmək niyyətindədir
NövbətiVladimir Putin Ukraynada keçirilən prezident seçkisinin nəticələrinə münasibət bildirib