Sosial Tərəqqinin Dəstəklənməsi İB-nin rəhbəri İmişliyə hazırlıq səfərinə getdi

29-31 may 2019-cu il tarixlərində Sosial Tərəqqinn Dəstəklənməsi İctimai Birliyinin sədri Qasım Həsənov Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra edilən “Müasir Azərbaycanın inkişafında dini dəyərlərin rolu və radikal dini cərəyanların bu inkişafa neqativ təsiri mövzusunda tədbirlərin keçirilməsi” layihəsi çərçivəsində İmişli rayonuna səfər etmişdir. Səfər zamanı layihə rəhbəri yerli icra struktrunun nümayəndələri ilə görüşmüşdür. Görüşdə layihə çərçivəsində keçiriləcək Dəyirmi Masaların yeri müzakirə mövzusu olmuşdur. Bundan başqa layihə rəhbəri Dəyirmi Masalarda iştirak edəcək yeniyetmə və gənclərin müəyyən edilməsi istiqamətində də işlər görmüşdür. Daha sonra layihə çərçivəsində keçiriləcək Dəyirmi Masalarda fasilə zamanı göstəriləcək xidmətin forması müəyyən edilmiş, müqavilələrin mətnləri razılaşdırılmışdır. 01 iyun 2019-cu ildə səfər başa çatmışdır.

STD-nin mətbuat xidməti 

ƏvvəlkiAzərbaycan və Polşa prezidentlərinin geniş tərkibdə görüşü olub
NövbətiDəmiryolçular xeyriyyə tədbiri keçiriblər